1 milyon suriyalı qaçqının geri qayıtması üzrə yeni layihə - Ərdoğan açıqladı

3-05-2022, 16:19           
1 milyon suriyalı qaçqının geri qayıtması üzrə yeni layihə -
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədəki məskunlaşmış suriyalı qaçqınlardan 1 milyon nəfərinin geri qaytarılması üzrə yeni layihəni elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, qaçqınlar üçün İdlib əyalətində tikilmiş evlərin onlayn təqdimatı zamanı deyib.

"Bu günədək 500 minə yaxın suriyalı qaçqın təhlükəsiz bölgələrə qayıdıb. Buna bizim inşa etdiyimiz briket evlər yardımçı olub.

Biz bir milyon suriyalı qardaşımızın könüllü qayıdış imkanın təmin edə biləcək yeni layihə hazırlayırıq.

Layihə Suriyanın 13 bölgəsində, o cümlədən, Azaz, Təl-Əbyad, Cərablus bölgələrində icra olunacaq" - Ərdoğan deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.