Türkiyə yeni müdafiə sistemini sınaqdan keçirdi - VİDEO

4-05-2022, 00:12           
Türkiyə yeni müdafiə sistemini sınaqdan keçirdi - VİDEO
Bu gün Türkiyədə "Gökdeniz" adlı hava hücumundan müdafiə sisteminin atəş sınaqları həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Gəmiyə yerləşdirilmiş sistem havada yüksək sürətlə hərəkət edən hədəfi məhv etməyi bacarıb.

Sistem Türkiyənin "Aselsan" şirkəti tərəfindən hazırlanıb. Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunacaq "Gökdeniz" yaxın məsafədə uçan pilotsuz uçuş aparatlarını, təyyarə və helikopterləri, ən əsası gəmi əleyhinə raketləri məhv edə biləcək.

35 millimetr çaplı sistemin bütün komponentləri ölkə daxilində istehsal edilib. Yerli hava hücumundan müdafiə sistemi bu sahədə xaricdən asılılığa son qoyacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru