Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib

5-05-2022, 00:44           
Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib
Türkiyə Müdafiə Nazirliyi PKK-ya qarşı əməliyyatlarla bağlı yeni məlumat yayıb. "Report" nazirliyə istinadən xəbər verir ki, Türkiyə xüsusi təyinatlıları PKK-nın 5 terrorçusunu zərərsizləşdirib.

Terrorçular İraqın şimalında "Pençe-Kaplan" əməliyyatı çərçivəsində məhv edilib.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK-nın terror yuvalarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru