"Türkiyə hələ də İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verə bilmir" - Akar

28-06-2022, 00:05           
"Türkiyə hələ də İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verə bilmir" - Akar
“Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə razılaşa bilmir”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Türkiyə hələ də İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verə bilmir.

“Terrorçuları dəstəkləməyi, onlarla əlaqələri davam etdirməyi tamamilə dayandırmayınca “hə” deyə bilmərik”, – müdafiə naziri vurğulayıb.

Qeyd etdiyimiz kimi, daha əvvəl Türkiyə hakimiyyəti İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün Ankaranın razılığı üçün zəruri olan on şərti açıqlamışdı.

Türkiyə istəyir ki, ilk növbədə bu ölkələr Ankaranın terrorçu elan etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstəyi dayandırsın.

Xatırladaq ki, Avropa Parlamenti Türkiyənin Finlandiya və İsveçin alyansa qoşulmasına mane olacağı təqdirdə NATO-da təcrid olunacağını etiraf edib.

Avropa Xalq Partiyasının rəhbəri Manfred Veberin sözlərinə görə, bunu etmək istəyən ölkələrin alyansa daxil olmasını ləngitmək və ya əngəlləmək üçün heç bir əsas yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru