Türk ordusundan uğurlu əməliyyat:PKK liderləri məhv edilib

4-05-2016, 22:40           

Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində PKK-nın bir neçə yüksək səviyyəli lideri öldürülüb.

Strateq.az xəbər verir ki, öldürülən terrorçular içərisində ən məşhuru orta sahə (Ərzurum, Diyarbəkir, Batman, Bingöl, Muş) kuratoru Əkrəm Güneydir.

Türkiyə dövlətinin Əkrəm Güneyin başına 4 milyon türk lirəsi (hardasa, 1.5 milyon dollar) mükafat qoyduğu bildirilir.

Əkrəm Güneylə yanaşı, onun köməkçi Əhməd Talva və PKK-nın qadın təşkilatının kuratoru olan Gülnaz Türk də zərərsizləşdirilib. Ümumiyyətlə, əməliyyat zamanı 10-dan artıq PKK-çının öldürüldüyü və hamısının təşkilatda mühüm post tutduğu xəbər verilir.

Məlumata görə, terrorçuların yerini bölgədə yaşayan vətəndaş xəbər verib və Türk ordusu havadan dəstəklənən uğurlu əməliyyatla onları yox edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru