AKP-nin Fövqəladə Konqresi keçiriləcək — Davudoğlu namizəd olmayacaq

5-05-2016, 00:31           

Prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) gələcəyi lə bağlı təkbətək görüş olub.

Prezidentin iqamətgahında 1 saat 40 dəqiqə davam edən görüşdə may ayının sonlarında AKP-nin Fövqəladə Konqresinin keçirilməsi ilə bağlı qərar verilib. Konqresin dəqiq tarixi mayın 5-də Mərkəzi İcra Heyətinin (MİH) iclasından sonra açıqlanacaq.

Qeyd olunur ki, Ə. Davudoğlu konqresdə namizədliyini irəli sürməyəcək. O, MİH-in iclasından sonra mətbuat konfransı keçirəcək. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru