Davutoğlu:"Maskanı üzündən çıxar”.

10-05-2015, 18:24           

Türkiyənin baş naziri Mersin mitinqində Səlahəttin Dəmirtaşı tənqid atəşinə tutub. Axar.az xəbər verir ki, Əhməd Davudoğlu HDP-ni CHP-nin “ağzı” ilə danışmaqda ittiham edib. O, PKK-nı nəzərdə tutaraq Dəmirtaşa sual edib: “Sənin qardaşın dağda nə edir? Niyə barış, sülh üçün çalışmır? Seçkilər yaxınlaşanda şəhərdə barış sözçüsü, seçki bitəndə terror sözçüsü olur. Belə riyakarlıq, ikiüzlülük olarmı? Maskanı üzündən çıxar”. Qeyd edək ki, iyunun 7-də keçiriləcək parlament seçkilərinə sayılı günlər qalır və Türkiyənin siyasi həyatında qızğın rəqabət gedir. Siyasi analitiklər seçkilərdə AKP-nin yenidən qalib olacağını proqnozlaşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.