“Rusiya və Ukrayna sülhə üz tutsa, biz bunu asanlaşdıracağıq” - Ərdoğan

2-08-2022, 08:46           
“Rusiya və Ukrayna sülhə üz tutsa, biz bunu asanlaşdıracağıq” - Ərdoğan
Taxıl dəhlizinin qurulması mühüm diplomatik nailiyyətdir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Dövlət başçısı təxminən iki saat yarım davam edən toplantının ardından mediaya açıqlamalar verib.

“Dünyanın diqqətlə izlədiyi taxıl böhranından çıxmaq üçün atılan addımın ölkəmizin səyləri nəticəsində uğurlu olması hər kəs tərəfindən qəbul edilir. Biz bu prosesi normal davam etdirmək üçün əlimizdən gələni edirik. Taxılla yüklənmiş ilk gəmi Ukraynanın Odessa limanından yola düşüb. Boğaza çatdıqda isə heyət tərəfindən yoxlanılacaq və sonra səfərinə davam edəcək. Bu iş mühüm diplomatik nailiyyətdir. Əgər bir gün tərəflər yenidən sülhə üz tutsalar, bunu asanlaşdıracağımıza heç kim şübhə etməməlidir”, - deyə Ərdoağn qeyd edib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru