Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb

16-08-2022, 15:08           
Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb
"Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin (ZRK) ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokalizasiyası nəzərdə tutulur".

TEREF “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib. O, müqavilənin nə zaman imzalandığını açıqlamayıb.

Şuqayev hazırda bu müqavilənin icrasının həyata keçirildiyini bildirib.

Xatırladaq ki, S-400-lərin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında müqavilə 2017-ci ildə imzalanıb. Bununla da, Türkiyə bu sistemləri əldə etmiş ilk NATO ölkəsi olub. ABŞ Türkiyənin S-400-lərdən imtina etməsini tələb edərək, onu F-35 qırıcılarının istehsalı proqramından çıxarıb, həmçinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların aradan qaldırılmasının əvəzində rəsmi Vaşinqton həmin S-400-lərin Ukraynaya verilməsini təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru