Ərdoğan BMT-nin bacarmadığını təkbaşına edir

19-08-2022, 09:18           
Ərdoğan BMT-nin bacarmadığını təkbaşına edir
Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri ilə Türkiyənin bu ölkədəki təsirini gücləndirmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə “İndependent” nəşri yazır.

Bildirilir ki, Qərb Türkiyənin Rusiya ilə münasibətləri gücləndirmək səylərindən dolayı gərgindir. Buna baxmayaraq, Ukrayna Ərdoğanın danışıqlardakı önəmli rolunu yüksək qiymətləndirir.

Ukraynalı ekspert Mixail Botsyurkivin sözlərinə görə, Ərdoğan dünya liderləri ilə danışmaq bacarığına malik regional dövlətin rəhbəridir:

“O, coğrafi, diplomatik və strateji baxımdan unikal mövqedədir. Ərdoğan BMT Baş katibinin belə oynaya bilməyəcəyini düşündüyüm bir rolu oynayır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru