Türkiyədə daha bir ağır yol qəzası, ölənlərin sayı 16 nəfərə çatıb - VİDEO - FOTO

21-08-2022, 00:16           
Türkiyədə daha bir ağır yol qəzası, ölənlərin sayı 16 nəfərə çatıb  - VİDEO - FOTO
Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.

"Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Xəsarət alnların müalicəsi üçün bütün vasitələr səfərbər edilib. Arzumuz Qaziantep və Mardində baş verən yol qəzalarına görə yeni ağrılar yaşamamaqdır".

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru