Türkiyə faciədən döndü: 2 saat tez partlayış olsaydı... - Video

11-05-2016, 00:26           
Türkiyə faciədən döndü: 2 saat tez partlayış olsaydı... - Video
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Diyarbəkir şəhərində terror aktı törədilib.

Axar.az xəbər verir ki, bomba partladıldığı andan 2 saat sonra işə düşsəydi, daha böyük faciə yaşanacaqdı. Belə ki, olay anından 2 saat öncə hadisənin baş verdiyi yoldan məktəblilər keçib. Əgər məktəblilərin keçidi sırasında partlayış baş versəydi, bu, Türkiyə üçün daha böyük zərbə olacaqdı.

Partlayışın təsirindən yolda çuxur əmələ gəlib, ətrafdakı məktəb binası və yaşayış sahələrinə ziyan dəyib.

Təhlükəsizlik qüvvələri terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyat aparır.

Qeyd edək ki, bu gün baş verən partlayış zamanı 3 nəfər həyatını itirib, 45-i isə yaralanıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru