Türkiyədə qadın ərini öldürdü
13-05-2016, 09:21

Türkiyənin Ordu vilayətində 75 yaşlı qadın ərini bıçaqla qətlə yetirib. Qadın müxbirlərə dediyi sözlərlə hamını təəccübləndirib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, Səmra Özata hadisəni işıqlandıran müxbirlərə qeyri-adi açıqlama verib: “Həmişə kişilərmi öldürəcək? Bir dəfə də arvad öldürsün”. Bildirilir ki, qadın həyat yoldaşını mübahisə zamanı bıçaqlayıb.
Hadisə şahidlərinin dediyinə görə, Özatalar ailəsində səs-küylü mübahisələr tez-tez baş verib. Bu, Səmra Özatanın sayca ikinci evliliyi olub. Onun birinci evlilikdən 19 yaşlı qızı Tellanur da onlarla birgə yaşayıb. Ər və arvadın sonuncu mübahisələri zamanı qadın bıçağa əl atıb. Rəcəb Özatanın ikinci evliliyi ona həyatı bahasına başa gəlib. Səmra Özata özü təcili yardıma zəng edərək ərini bıçaqladığın bildirib.
Hadisə yerinə təcili yardım həkimləri və polis məmurları gəlib. “Mən öldürməsəm, o öldürəcəkdi”, deyən qadın şübhəli şəxs kimi həbs edilib. Hadisə yerinə çağrılan təcili tibbi yardım briqadası Rəcəb Özatanın bədənində 15-dən çox bıçaq yarası aşkar edib. Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb.