Bəyaz Türkiyədən getdi

16-05-2016, 17:23           

Məşhur türk şoumen Bəyaz Türkiyəni tərk edib.

Axar.az xəbər verir ki, son dövrlərdə verilişində baş verən hadisələrə görə tənqid hədəfi olan Bəyazit Öztürk (Bəyaz) Türkiyədən köçüb. Məlumata görə, o, İspaniyanın Barselona şəhərində yaşayır.

Bəyaz, sadəcə, “Bəyaz Şou”nun çəkilişləri üçün Türkiyəyə gəlir, canlı yayımdan dərhal sonra isə Barselonaya qayıdır.

Qeyd edək ki, bir müddət əvvəl Bəyazın aparıcı olduğu verilişdə bir tamaşaçı PKK-ya qarşı təşkil olunan əməliyyatları pisləyən Aişə Çəliklə bağlı şüar yazılmış plakat qaldırıb. Bundan sonra Bəyaz tənqid hədəfi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru