CHP HDP ilə ittifaq qurdu - Türkiyə şokda
18-05-2016, 08:30

Türkiyədə hakim AKP-nin önə sürdüyü və millət vəkillərinin toxunulmazlıqlarının aradan qaldırılmasını nəzərdə tutan sənəd parlamentdə səsverməyə çıxarılıb.
Avropa.info xəbər verir ki, PKK-nın siyasi qolu HDP-nin terrorçulara açıq dəstək verməsi səbəbindən parlamentin müzakirəsinə verilmiş sənədin səsverməsi zamanı hər kəsi heyrətləndirən olay baş verib. Belə ki, bir müddət öncə toxunulmazlıqların aradan qaldırılması ilə bağlı AKP və MHP ilə birgə addım atan, hətta parlamentin komissiyalarındakı iclaslarda buna dəstək verən Kamal Kılıcdaroğlunun rəhbərlik etdiyi CHP son anda PKK-nın siyasi qolu HDP-yə sahib çıxıb.
CHP-dən olan millət vəkilləri HDP-çilərlə birlikdə toxunulmazlıqların aradan qaldırılmasının əleyhinə səs veriblər.
Nəticədə AKP və MHP-nin millət vəkilləri (348 səs) qərarın lehinə, CHP və HDP-dən olan deputatlar isə (155 səs) toxunulmazlıqların aradan qaldırılmasının əleyhinə səs veriblər. Səsvermənin ikinci turu mayın 20-də keçiriləcək.