PKK-ya məlumat ötürən vəzifəli şəxslər ifşa edildi

18-05-2016, 14:25           
PKK-ya məlumat ötürən vəzifəli şəxslər ifşa edildi
Türkiyədə Mardin bölgəsini terrorçulardan təmizləmək üçün əməliyyatlar davam edərkən, bəzi xainlərin PKK-ya məlumat verib əməliyyatları iflasa uğratmağa çalışdığı müəyyənləşdirilib.

Aznews.az bildirir ki, fövqəladə hallarda könüllü feldşerlərin xidmət etdiyi Milli Tibbi Xilas Etmə Qrupunda (UMKE) qeydiyyatdan keçən bəzi feldşerlərin terrorçu qruplaşmaya məlumat ötürdüyü müəyyənləşdirilib.

Xüsusi xidmət orqanları UMKE-də xidmət edən 10 feldşerin PKK ilə əlaqəli olduğunu müəyyən edib. Bu işçilərdən 2-sinin PKK, 1-inin YDG-H, 1-inin isə MLKP ilə əlaqəli olduğu məlum olub. PKK tərəfdarlarının təhlükəsizlik qüvvələrinin hara hücum edəcəyi, əməliyyatı həyata keçirəcək heyətin tərkibində neçə nəfərin olacağı kimi məlumatları sızdırdığı bəlli olub.

Kəşfiyyatın əldə etdiyi məlumatlar əsasında istintaq başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru