Türkiyənin baş naziri vəzifəsinə namizədin adı AÇIQLANDI

19-05-2016, 15:14           

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımın ölkənin baş naziri vəzifəsinə namizəd olduğu rəsmən açıqlanıb.

teref.az report-a istinadən bildirir ki, bu, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İdarə Heyətinin mayın 19-da keçirilən toplantısından sonra elan olunub.
Məlumata görə, AKP-dən olan deputatlar və nazirlərin çoxu B.Yıldırımın baş nazir postuna namizədliyini dəstəkləyiblər.
Qeyd edək ki, mayın 22-də AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Həmin tədbirdə B.Yıldırımın partiyaya sədrliyinə və baş nazir vəzifəsinə namizdəliyi təsdiqlənəcək.
B.Yıldırım İdarə Heyətinin toplantısından sonra Türkiyənin Diyarbəkir bölgəsinə yola düşüb.
Xatırladaq ki, toplantıda baş nazir vəzifəsindən istefa verən Əhməd Davudoğlu da iştirak edib. O, B.Yıldırıma gələcək fəaliyyətində uğurlar arzulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru