Türkiyənin məşhur şirkəti Azərbaycanı tərk edir - DETALLAR

28-10-2022, 11:15           
Türkiyənin məşhur şirkəti Azərbaycanı tərk edir - DETALLAR
Türkiyənin aparıcı telekommunikasiya şirkətlərindən biri olan “Netaş Telekomünikasyon Anonim Şirketi”nin Azərbaycandakı nümayəndəliyi (VÖEN - 2005055121) ləğv olunduğunu elan edib.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, açqılanan rəsmi məlumatda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 25 E ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “Netaş Telekomünikasyon Anonim Şirketi”nin Azərbaycandakı nümayəndəliyi 12.06.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nümayəndəliyə Ferda Yapıcı rəhbərlik edib.
1967-ci ildən fəaliyyət göstərən “Netaş” şirkəti Türkiyədə ilk özəl “Tədqiqat və inkişaf” (TƏ-İN) mərkəzinin qurucusu hesab olunur. 2017-ci ildən “Netaş” səhmlərinin 48%-i Çinin “ZTE Corporation” şirkəti tərəfindən satın alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru