Ərdoğan Türkiyəni on böyük dünya dövlətindən biri edəcəyinə söz verib – “Türkiyənin əsri gələcək”

30-10-2022, 08:22           
Ərdoğan Türkiyəni on böyük dünya dövlətindən biri edəcəyinə söz verib – “Türkiyənin əsri gələcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni on böyük dünya dövlətindən biri edəcəyinə söz verib. Ankarada Ədalət və İnkişaf Partiyasının «Türkiyə əsri» adı altında keçirdiyi tədbirdə o, partiyasının idarəçiliyi dövründə son iyirmi ildə ölkəsinin təmin edilən inkişafını alqışlayıb.

Bu barədə “TRT Nyus” portalı oktyabrın 29-da xəbər verib.

Ərdoğan Türkiyənin siyasət, iqtisadiyyat, texnologiyalar, silahlı qüvvələr və diplomatiya sahələrində gələcək proqresini təmin etməyə söz verib.

«Bizim xarici siyasətimizin köməyi ilə biz Türkiyənin nüfuzunu ən yüksək səviyyəyə qaldırdıq» - Ərdoğan deyib və əlavə edib ki, onun partiyası respublikanın yeni yüzilliyinə güclü start vermək istəyir.
Ətraflı

Tədbirdə Ərdoğan bir sıra proqramları, layihələri və hədəfləri gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində təqdim edib. O, xatırladıb ki, Türkiyə 2023-cü ildə özünün yüz illiyini bayram etməyə hazırlaşır.

«Biz, bütün bəşəriyyətlə «Türkiyə əsri»nin sevincini bölüşürük - bu, həm də inqilabın adıdır ki, demokratiyaya, inkişafa, sülh və dünyanın bütün hissələrində, ölkəmizdən və bölgəmizdən başlayaraq, çiçəklənməyə aparır» - Türkiyə lideri deyib.

Öz hökumətinin çoxsaylı nailiyyətlərini sadalayaraq, Ərdoğan deyib: «Biz, öz vətəndaşlarımıza keyfiyyətli və pulsuz səhiyyə və təhsil təmin edirik, yaşlı insanlara kömək edirik, hansı ki, evdə qalmağa məcbur olurlar və insanlarımıza inkişaf etmiş ölkələrin sosial dövlət imkanlarını təqdim edirik. Bundan başqa, Türkiyə 540 milyard kubmetr təbii qaz ehtiyatını Qara dənizdə kəşf edib”, - Ərdoğan deyib və əlavə edib ki, “tezliklə biz, xalqımızla energetika sahəsində yeni yaxşı yenilikləri bölüşəcəyik”.

Qeyd edilməlidir ki, hələ 1992-ci ildə o vaxtkı ölkə Prezidenti Turqut Özal bəyan etmişdi ki, «türk dünyası Avrasiya məkanında Balkandan Çin səddinə qədər dominasiya faktoru olacaq» və 21-ci əsri «türk əsri» adlandırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.