Ərdoğanla danışan Şolzdan mesaj - "Qəbul etmirik"

2-11-2022, 11:07           
Ərdoğanla danışan Şolzdan mesaj -
Almaniya hökumətinin sözçüsü Şteffen Hebestrayt Kansler Olaf Şolzun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Almaniya rəsmisi Şolz və Ərdoğanın bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

“Kansler Şolz Türkiyənin Qara dəniz Taxıl Müqaviləsi çərçivəsində Ukraynadan taxıl ixracının saxlanmasında fəaliyyətini yüksək qiymətləndirib”, - Hebestrayt deyib.

O bildirib ki, liderlər Rusiyanın nüvə ritorikasını tənqid ediblər və Kansler Şolz Moskvanın Ukraynanın “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığına dair ittihamlarını əsassız hesab edərək qəti şəkildə rədd edib.

Hebestrayt qeyd edib ki, Şolz və Ərdoğan mövcud təhlükəsizlik şəraitində sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru