Ərdoğanı gəzdirən helikopter qəzaya uğradı

21-05-2016, 17:13           
Ərdoğanı gəzdirən helikopter qəzaya uğradı
Türkiyənin Artvin vilayətində bir su anbarının tikinti sahəsində qurulan vertolyot meydançasına enmək istəyən vertolyot qəzaya uğrayıb.

Avropa.info xəbər verir ki, Artvinin Yusufeli rayonunda tikilməkdə olan bir anbarın vertolyot meydanın enmək istəyən vertolyot yanı üstə çevrilib.

Qəzaya uğrayan vertolyotun içində Türkiyənin su idarəsinin baş direktoru Əli Rza Diniz və idarənin Artvin rayon idarəsinin rəhbəri Dinçər Aldoğanın olduğu bildirilir. Qəza zamanı vertolyotda olan üç nəfər yaralanıb.

Əldə olunan məlumata görə, hadisə prezident Rəcəb Tayyib Ərdoğanın sabah havadan gəzintisinin planlaşdırıldığı Yusufeli su anbarında son tamamlanma işləri ilə tanış olmaq və yoxlama aparmaq istəyərkən baş verib.

Diniz və Aldoğanı daşıyan vertolyot anbarda qurulan vertolyot meydançasına enərkən sərt eniş etdiyi üçün yanı üstə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru