İŞİD AKP-nin qurultayında terror törətmək istəyib - VİDEO

24-05-2016, 00:54           
İŞİD AKP-nin qurultayında terror törətmək istəyib - VİDEO
Türkiyənin Qaziantep vilayətində keçirilən antiterror əməliyyatının detalları açıqlanıb.

Apa TV-nin məlumatına görə, məlum olub ki, “İraq Şam İslam Dövləti” terror təşkilatının əməliyyat zamanı özünü partladan üzvünün və Qaziantepdəki terrorçu qruplaşmanın hədəfi hakim Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı olub.

Qaziantep valisi Əli Yerliqaya keçirdiyi mətbuat konfransında bildirib ki, terrorçular təkcə AKP-nin qurultayının keçirildiyi binada yox, həmçinin digər binalarda, əhalinin sıx olduğu yerlərdə, eləcə də, “Qalatasaray”-“Fənərbaxça” oyununda qanlı terror aktları planlaşdırıblar.

Vali bildirib ki, antiterror əməliyyatı zamanı özünü “İŞİD-in Qaziantep əmiri” adlandıran Yunus Durmaz üzərindəki bombanı işə salıb, ümumilikdə 30 terrorçu ələ keçirilib.

Qeyd edək ki, özünü partladan Yunus Durmazın yaxalanması üçün 5 milyon lirə mükafat vəd edilmişdi.

Əməliyyatlar zamanı İŞİD-ə məxsus külli miqdarda silah-sursat, partlayıcılar, texniki vasitələr ələ keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru