Ərdoğanın bu sualı Çiprası güldürdü - Foto

24-05-2016, 02:33           

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri Aleksis Çiprasdan ona verdiyi hədiyyəni soruşub.

Axar.az xəbər verir ki, Ərdoğan İstanbulda keçirilən Dünya Humanitar Formunda Çiprasla görüşüb.

Çiprasın qalstuk taxmadığını görən Ərdoğan özünün hədiyyə etdiyi qalstuku soruşub. Ərdoğanın bu sualı isə Çiprasın gülüşünə səbəb olub.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Ərdoğan Çiprasa qalstuk hədiyyə etmiş, Çipras isə həmin qalstuku Kipr adasına Ərdoğanla birgə getdiyi zaman taxacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru