Ərdoğan yeni hökuməti təsdiqlədi

24-05-2016, 13:56           
Ərdoğan yeni hökuməti təsdiqlədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökuməti təsdiqləyib. ANS PRESS-in məlumatına görə, hələ nazirlərin hamısının adı adları açıqlanmayıb.

Yeni hökumətin tərkibini prezidentə baş nazir Binali Yıldırım təqdim edib.

Bu Türkiyənin 65-ci hökuməti olacaq.

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu istefa verdikdən sonra yeni hökumətin qurulması ilə bağlı işlərə başlanılıb.

Ədalət və İnkişaf Partiyası (AKP) ilk növbədə partiya sədrini və yeni baş naziri seçib. HAkim partiyanın qurultayı may ayaının 22-çdə baş tutub. Bu qurultayda Davudoğlu namizədliyini irəli sürməyib.

ANS PRESS Türkiyə mətbuatına istinadla yeni hökumətdə yer alan bəzi nazirlərin adlarını təqdim edir:

Baş nazirin köməkçiləri: Nurettin Canikli, Numan Kurtulmuş, Tuğrul Türkeş, Veysi Kaynak,

Daxili işlər naziri - Efkan Ala

Ədliyyə naziri - Bekir Bozdağ

Ailə və sosial siyasət naziri - Fatma Betül Kaya

Elm, sənaye və texnologiya naziri - Faruk Özlü

Əmək və sosial təhlükəszilik naziri - Süleyman Soylu

Gənclik və idman naziri - Akif Çağatay Kılıç












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru