Davudoğluna təşəkkür edən tək silahdaşı o, oldu

25-05-2016, 00:26           
Davudoğluna təşəkkür edən tək silahdaşı o, oldu
Əhməd Davudoğlunun dövründə baş nazir müavini işləyən Lütfi Elvanın yeni hökumətin tərkibində olmayacağı ilə bağlı xəbərlər yayılsa da, o, Binəli Yıldırım tərəfindən inkişaf naziri təyin olunub. L. Elvan bu münasibətlə ilk açıqlamasını Tvitter hesabından bildirib.

Moderator.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Elvan bu günə qədər Davudoğluna təşəkkür edən tək silahdaşı olub.

“Dəyərli dostlarım, 65-ci hökumətimiz xeyirli olsun. İlk gündə olduğu kimi bu gün də sevgiylə millətimizə xidmət göstərəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğana və baş nazir Binəli Yıldırıma, eləcə də 64-cü hökumətimizin baş naziri Əhməd Davudoğluna, bu yolda bizə xidmət edən yol yoldaşlarımıza, bütün Türkiyəyə təşəkkür edirəm. Vətənə, millətə xeyirli-uğurlu olsun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru