Türkiyədə hərbçilərə qarşı terror: Ölənlər var

24-05-2016, 23:19           
Türkiyədə hərbçilərə qarşı terror: Ölənlər var
Türkiyənin şərqində baş vermiş partlayış zamanı 4 hərbi qulluqçu ölüb, daha dördü isə yaralanıb.

Bu barədə Anadolu agentliyi xəbər yayıb.

Kustar üsulla düzəldilmiş partlayıcı qurğu Van əyalətində hərbi nəqliyyatın keçdiyi yolda işə düşüb. Xəsarət alan hərbçilər helikopter vasitəsi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Terror aktının arxasında PKK terror təşkilatının durduğuna dair versiya irəli sürülür. Hazırda regionda xüsusi əməliyyat keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru