Türkiyədə erməni deputatın şikayəti ilə Azərbaycan əsilli gənc fəal tutuldu -Bu sözlərə görə

25-05-2016, 22:33           
Türkiyədə erməni deputatın şikayəti ilə Azərbaycan əsilli gənc fəal tutuldu -Bu sözlərə görə
Türkiyədə Azərbaycan əsilli şəxs ermənilərə etiraz etdiyi üçün həbs edildi

Türkiyə parlamentinin HDP-li deputatı Garo Paylanın "Ülkü Ocaqları"nın Qars vilayəti üzrə rəhbəri Tolga Adıgözəl haqqında etdiyi şikayətə görə məhkəmə qərar çıxarıb. Tolga Adıgözəl 11 min 240 türk lirəsi (təqribən 6000 manat) və 7 ay 15 gün həbs cəzası alıb.

21 iyun 2015-ci il tarixində Kars yaxınlığındakı antik şəhər Anidə İrəvan teatrı və erməni pianoçu Tiqran Hamasyanın konsertinə münasibət bildirən Kars Ülkü Ocaqları Vilayət başqanı Tolqa Adıgözəl "Biz də Kars küçələrində erməni ovuna mı çıxaq?" demişdi.

Ülkücünün bu sözlərinə görə onu məhkəməyə verən HDP-nin erməni deputatı Karo Paylanın iddiası əsasında Tolqa Adıgözəl məhkəmə tərəfindən 11 min 240 lirə cərimə və ya 7 ay 15 gün həbs cəzasına məhkum edilib.

Xatırladırıq ki, ülkücü ermənilərin bu konsertinə qarşı çıxaraq buna yol verənləri şiddət və nifrətlə qınadığını bildirmişdi. Ona görə ki, ermənilərin Kars və ətraf vilayətlərə torpaq iddiaları hələ də rəsmi propaqandaları tərəfindən bütün ermənilərin beyninə yeridilməkdədir.(Ölkə.Az )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru