DAK Mətbuat və İnformasiya Xidmətinin verdiyi məlumata əsasən Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qurumla bağlı yeni təyinatları imzalayıblar. Bu gün imzalanan sərəncamlara əsasən Tənzilə Rüstəmxanlı Türk Dünyası ilə əlaqələr üzrə müşavir, Gülşən Məmmədoğlu Mətbuatla iş üzrə müşavir, Real Cəfərli Mətbuat və İnformasiya Xidmətinin rəhbəri, Samir Adıgözəlli həmsədr aparatının rəhbəri, Şəhzad Cahanpənahi Güney Azərbaycan (İran) Nümayəndəliyinin başçısı və Elza Dəmirdağ (Alışova) Kuzey Kıprıs Türk Cümhuriyyəti üzrə nümayəndəliyin başçısı təyin olunub.