“Sonuna qədər Azərbaycan, Elnura tam dəstək” VİDEO
15-05-2015, 10:19
“Sonuna qədər Azərbaycan, Elnura tam dəstək”
Türkiyəli bir sıra məşhur simalar Azərbaycanı “Eurovision-2015″də təmsil edən Elnur Hüseynova dəstək videosu hazırlayıblar.
ANS PRESS-in məlumatına görə, videoda tanınmış aparıcı-prodüser və TV8 telekanalının rəhbəri Acun Ilıcalı, aktyor Alper Kul, Fatma Toptaş, müğənni Fettah Can, Sefa Doğanay, Suzan Kardeş, Şebnem Bozoklu kimi tanınımışlar “Sonuna qədər Azərbaycan, Elnura tam dəstək” söyləyiblər.
Çıxışlarında Azərbaycanla yanaşı, Türkiyənin də adından yarışdığını bildirən ifaçının səhnə performansının xüsusi mənası var.
Belə ki, “Hour of the wolf” mahnısının “qəhrəmanı” vəhşi və yalnız qurddur. O, öz səsiylə gücünü göstərmək istəyir. İfaçının yanında rəqs edən qadın və kişi qurdun hərəkətlərini yamsılayacaqlar. Qurd kimi boz rəngdə geyinən rəqqaslar dalaşmaq istəyərkən Elnur onlar arasında barışdırıcı mövqedə duracaq. Səhnədə bədirlənmiş ayın təsviri də qurdun zamanının gəldiyinə işarədir. E.Hüseynovun çıxışının sonunda isə səhnədə ağ göyərçin görünəcək.
Təmsilçimizin əsas məqsədi mahnının ideyasını, yəni, “hər ürək üçün vuruşmaq lazımdır” mesajını Avropa auditoriyasına çatdırmaqdır.
Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də “Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada “Hour of the Wolf” mahnısı ilə çıxış edəcək.
[media=https://www.youtube.com/watch?v=vC09BLqvPHE]