Göydən pul töküldü

15-05-2015, 11:45           

Türkiyənin İstanbul şəhərindəki “Atatürk” hava limanına pul yağıb.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, sərnişinlərin baqajlarını təyyarəyə daşıyan avtomobildən yerə düşən pulla dolu torba partlayıb.
Torbanın partlaması ilə 10 minlərlə lirə dəyərində kağız əsginazlar küləyin də təsiri ilə hava limanına səpələnib.
Hava limanı əməkdaşları və polis dərhal səpələnən pulu toplayıb.
Hava limanının polis bölməsinə aparılan pulların seriya nömrələri qeydiyyta götürülüb.
Hələlik pulların kimə aid olduğu bilinmir.
Faktla bağlı istintaq başladılıb və pulun sahibinin tapılması istiqamətində axtarışlar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru