Türkiyədən anons: Böyük ittifaq bərpa olunur

7-06-2016, 17:57           

Ankara və Tel-Əviv ikitərəfli münasibətlərin normallaşdırılması haqqında müqaviləni imzalamağa yaxınlaşıblar.
Axar.az xəbər verir ki, bunu TRT televiziyasına müsahibəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. Onun sözlərinə görə, bu razılaşmanın imzalanması üçün hər iki tərəfə 1-2 görüş kifayət edəcək. O, İsrailin Qəzza sektoruna qarşı blokadanı arada qaldırmasının Türkiyə üçün vacib olduğunu bildirib.
Qeyd edək ki, İsrail-Türkiyə münasibətləri 2010-cu ildə İsrail hərbçilərinin “Mavi Mərmərə” gəmisinə hücumundan sonra pozulub. Bundan öncə iki ölkə arasında münasibətlər ən yüksək səviyyədə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru