Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu

12-06-2016, 12:51           
Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu
İyunun 5-də Qazaxıstanın Aktobe şəhərində hücumda iştirak edənlərin hamısı neytrallaşdırılıb və onlardakı bütün silahlar götürülüb.

Virtualaz.org İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Kyanışbayev, Tanatarov və Akpanbetov saxlanılıblar. Akpanbetov qaçmağa cəhd edərkən ayağından yaralanıb”, - deyə məlumatda bildirilir.

Məlumatda o da vurğulanır ki, cinayətkarlardan iyunun 5-də “Pallada” mağazasından oğurlanmış 2 ədəd silah götürülüb.

Qeyd edək ki, iyunun 5-də bir qrup naməlum şəxs Aktobe şəhərində iki silah mağazasına və şəhərdəki hərbi hissəyə hücum edib. Şəhərdə antiterror rejimi elan edilib.

Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 7 nəfər öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru