Polisdən Türkiyəni şoka salan hərəkət - Qatili təbrik etdi

14-06-2016, 01:01           
Polisdən Türkiyəni şoka salan hərəkət - Qatili təbrik etdi
Üç ildir axtarışda olan Atalay Filizin yaxalanması səs-küyə səbəb olub.

3 qətldə şübhəli bilinən Atalay Filiz dünən həbs edilib. Onun həbsi ölkə mediasında müzakirələrə səbəb olub. Belə ki, polis məmurlarından biri bölməyə aparılan Filizlə selfi çəkdirib və bunu sosial şəbəkədə paylaşıb. Hətta o, qatilə “Səni təbrik edirəm. Bu məmləkətdə üç il qaça bilmisənsə sənə deməyə söz tapmıram”, -deyib.

Məlumata görə, polis artıq vəzifəsindən uzaqlaşdırılıb və haqqında araşdırmalara başlanılıb.

Qeyd edək ki, Atalay Filiz interpol tərəfindən də axtarışa verilmişdi.
(Moderator.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru