Türkiyədə xəstəxanada partlayış oldu - yanğınsöndürən briqadası cəlb edildi - FOTO/VİDEO

20-04-2023, 10:46           
Türkiyədə xəstəxanada partlayış oldu - yanğınsöndürən briqadası cəlb edildi - FOTO/VİDEO
Türkiyədə yerləşən xəstəxanalardan birində partlayış olub.

BAKU.WS xəbər verir ki, Ümraniye tədris və tədqiqat xəstəxanasında qeydə alınan hadisəyə qaynar su qazanaının partlaması səbəb olub.

Nəticədə tibb müəssisəsinə xeyli ziyan dəyib. Binanın bir neçə divarı partlayışın təsirindən dağılıb. Hadisə yerinə çoxsayda yanğınsöndürən briqadası cəlb edilib.

Yaxınlıqda park edilən nəqliyyat vasitələrindən birinə ciddi şəkildə ziyan dəyib. Partlayış zamanı xəstəxanada yaralı və ya ölü olmadığı bildirilib.

BAKU.WS sözügedən xəstəxanadan foto və video təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru