Ermənistana təklif: Türkiyədəki seçkilərdən öncə... - Detallar açıqlandı

20-04-2023, 17:17           
Ermənistana təklif:
Sülh prosesi ilə bağlı hələlik heç bir irəliləyiş yoxdur. Bu ilin mart ayının əvvəlində Azərbaycan özünün sülh təkliflərini Ermənistana təqdim edib. Amma qarşı tərəfdən hələlik aydın reaksiya yoxdur. Ümumiyyətlə Ermənistan tərəfi yenə də köhnə taktikaya əl atır.

TEREF.AZ bildirir ki, bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Nikol Paşinyan bu taktikadan maksimum yararlanmağa çalışır:

“Bu da bütün məsələləri təxirə salmaq və bununla da vaxt uzatmaq niyyətidir. Əslində bu taktika ilə yəni, qeyri-müəyyən vaxta qədər prosesi təxirə salmaqla nəyəsə nail olmaq mümkün deyil. Eyni zamanda qardaş Türkiyədəki prezident seçkilərindən öncə Ermənistan tərəfindən tutarlı bir reaksiya gözləmək çətin olacaq”.

Fərid Şəfiyevin fikrincə, prosesin bu qədər uzanmasından təbii ki Ermənistan olacaq:

“Bu ölkə ilk növbədə məhz belə yanaşma ilə öz təhlükəsizliyinin, gələcəyinin üzərindən xətt çəkmiş olur. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan bir çox məsələlərin həlli qeyri-müəyyən olaraq qalacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.