Türkiyədə tələbələri daşıyan avtobus aşdı: Ölən və yaralananlar var

1-05-2023, 08:47           
Türkiyədə tələbələri daşıyan avtobus aşdı: Ölən və yaralananlar var
Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Bursa valisi Yakup Canbolat avtobusun maneəyə çırpılaraq aşdığını bildirib.

O, qeyd edib ki, hadisə zamanı avtobusda 47 nəfər olub. Onlardan 3-ü müəllim, 2-si sürücü olub. Sərnişinlər arasında müəllimlərin övladları da olub: “İndiyə qədər əldə etdiyimiz məlumata görə, qəza zamanı sürücü və 2 tələbə həyatını itirib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru