Türkiyədə ailə faciəsi: Ondan boşanan arvadının yaxınlarını öldürdü - FOTO

2-05-2023, 11:35           
Türkiyədə ailə faciəsi:
Türkiyənin Adana şəhərində 3 uşaq atası zorakılıq iddiası ilə ondan boşanan qadının ailə üzvlərini öldürüb.

Belə ki, Sarıçam rayonunda Uğur Doğan adlı şəxs 17 illik evlilikdən sonra ondan boşanan Rəhimə Doğanın anasının yaşadığı evə gəlib. O, R.Doğanın həmin vaxt çörək bişirən anası Şərifə Yıldız, bacısı Sümeyye Ergin və qardaşının arvadı Cennet Yıldızla mübahisə edib və onları güllələyib. Bundan sonra həmin şəxs eyni silahla intihar edib.

R.Doğan təşvişlə qaçaraq polisə xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə işçiləri qadının anasının, bacısının və keçmiş ərinin öldüyünü müəyyən ediblər. Onun qardaşı arvadı isə yaralı halda xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma başlayıb.



Mənbə: DHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru