Türkiyədə bu qurumlar İŞİD-ləşir - Eks-deputat

15-06-2016, 23:29           
Türkiyədə bu qurumlar İŞİD-ləşir - Eks-deputat
Türkiyənin CHP-dən olan sabiq millət vəkili Hüseyn Aygün Tuncelidə baş verən terror aktı ilə bağlı bəyanat verib.

Axar.az xəbər verir ki, Tuncelidə törədilən terror aktından danışan Aygün hadisəni PKK tərəfindən Qəndil dağında bir neçə ay öncə yaradılan Birləşmiş İnqilab Cəbhəsinin törətdiyini bildirib.

"Bu olayı törədənlər uğurlu aksiya keçirdiklərini, 4 özəl birliyin üzvünü öldürdüklərini, təhlükəsizlik qüvvələrindən 9 nəfəri yaraladıqlarını bildirirlər. Bu məlumatlar yalandır. Yaralı olan 9 nəfər mülki əhalidir. Bu teraktın digər nəticəsi isə "Türkiyə solu" kimi tanınan təşkilatların PKK-nın aparatı durumuna gəlməsidir. Daha da dəhşətlisi isə bu təşkilatlarda İŞİD-ləşmə tendensiyasının ortaya çıxmasıdır", - Aygün qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru