Ərdoğan Orbanı andiçmə mərasiminə dəvət etdi

1-06-2023, 10:04           
Ərdoğan Orbanı andiçmə mərasiminə dəvət etdi
Macarıstanın baş naziri Viktor Orban telefon danışığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı növbəti 5 il müddətinə prezident seçilməsi münasibətilə təbrik edib və ondan andiçmə mərasiminə dəvət alıb.

Bu barədə çərşənbə günü Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.

O qeyd edib ki, qitə bir çox təhlükəsizlik çağırışları ilə üz-üzə qaldığından türk elektoratının qərarı və Türkiyənin sabitliyi bütün Avropa üçün yaxşı xəbərdir və bu baxımdan, güclü və etibarlı Türkiyəyə ehtiyac var.

Mətbuat katibinin sözlərinə görə, Ərdoğan təbrikə görə həmsöhbətinə təşəkkür edib, Macarıstan-Türkiyə münasibətlərinin daha da inkişafına hazır olduğunu bildirib və Orbanı yubileyi münasibətilə təbrik edib. Çərşənbə günü baş nazirin 60 yaşı tamam olub.
Bundan əlavə, Ərdoğan Orbana Türkiyədə keçiriləcək andiçmə mərasiminə dəvətini çatdırıb və Macarıstanın baş naziri bunu minnətdarlıqla qəbul edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru