Ərdoğan əmlak bəyannaməsini açıqladı - 259 min dollar çox borcu var

2-06-2023, 08:34           
Ərdoğan əmlak bəyannaməsini açıqladı -
Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan əmlak bəyannaməsi dərc edib, ona görə çox az əmanət və kifayət qədər böyük borcu var.
Bu barədə seçkilərin ikinci turunun təsdiq edilmiş yekun nəticələrini dərc edən “Resmi Gazete” xəbər verir.

Bəyannaməyə görə, 2019-cu ildən Ərdoğan həyat yoldaşı ilə İstanbulun Üsküdar rayonunda 7,7 milyon türk lirəsi (370 min dollar) dəyərində mənzili, həmçinin 1988-ci ildən Qara dəniz sahilindəki Rizə vilayətində 0,2 hektar torpaq sahəsini paylaşıb.

Prezidentin üç bankdakı hesablarında 1,8 milyon lirədən (86 min dollardan çox) çox pul var.

Bundan başqa bəyannamədə onun qardaşı Mustafa Ərdoğana 5 milyon 390 min lirə (259 min dollar) borcu olduğu da göstərilib.

2014-cü il bəyannaməsinə görə, prezidentin səkkiz bankda hesabları olub.

Bəyannaməyə də o d qeyd edilib ki, Ərdoğanın şəxsi avtomobili yoxdur, baxmayaraq ki, 2014-cü ildə " Audi A8"-ə sahib idi. Aprel ayında isə Ərdoğanın xanımına Türkiyə istehsalı olan ilk TOGG elektrik avtomobili hədiyyə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.