Türkiyədə erməni təxribatının qarşısı alındı

22-06-2016, 00:36           

Türkiyənin Iğdır şəhərində erməni təxribatının qarşısı alınıb.

Etirazlardan sonra şəhərin Tuzluca qəsəbəsinin giriş və çıxışında erməni dilində yazılan tablo götürülüb.

Tablonun üzərində erməni dili ilə yanaşı türk, kürd və ingilis dillərində “Xoş gəlmisiniz” və “Gülə-gülə” ifadələri yazılıb. Yerli əhali yalnız erməni dilində yazılan sözlərə öz kəskin etirazlarını bildirib.

Narazılığın böyüdüyünü görən qəsəbə bələdiyyəsi tablonun üzərində erməni dilindəki yazıların silinməsi ilə bağlı qərar qəbul edib və erməni dilində yazı silinib

Xatırladaq ki, tablo Ermənistan-Türkiyə sərhədində yerləşən şəhərin girişinə ötən il vurulmuşdu. (Ans)
Türkiyədə erməni təxribatının qarşısı alındı













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru