Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı oğurlanıb

23-06-2016, 00:05           
Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı oğurlanıb
Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı ("Sakal-ı Şərif") oğurlanıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, saqqal naməli m şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Saqqalın qorunduğu məscidin nəzarətçiləri "Sakal-ı Şərif"ın saxlandığı qutuda olmadığı gecə yoxlaması zamanı müəyyən ediblər.

Saqqal müqəddəs Ramazan ayı münasibətilə sərgilənmək üçün Dəyirməndərə Yalı Məscidinə aparılıb. Adıçəkilən məscid Kocaeli şəhərində, Gölçük rayonunda yerləşdir.

Dərhal polisə məlumat verilib və araşdırma başlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru