Ərdoğan alman generalını və deputatlarını Türkiyəyə buraxmadı

23-06-2016, 16:11           
Ərdoğan alman generalını və deputatlarını Türkiyəyə buraxmadı
Türkiyə Almaniya Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri və Budestaqın bəzi üzvlərinin iyulda İncirlik hava bazasına planlaşdırılan səfərinə icazə verməyib.

APA bildirir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi məlumat verib.

Bildirilib ki, Almaniya müdafiə nazirinin müavini Ralf Brauksiepe parlament nümayəndə heyəti ilə iyulda alman qoşunlarına baş çəkmək istəyib, lakin Bundestaq tərəfindən 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınması ilə bağlı Berlin və Ankara arasındakı gərginliyə görə səfərə icazə verilməyib.

"Hazırda Türkiyə hakimiyyət nümayəndələri səfər planını təsdiqləmirlər. Səbəblə bağlı isə yazılı açıqlama yoxdur", - deyə Müdafiə Nazirliyinin mətbuat katibi "Der Spiegel" nəşrinə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru