İstanbulda gey-parad keçirildi

27-06-2016, 10:47           

Türkiyənin İstanbul şəhərində cinsi azlıqlar parad keçirməyə cəhd ediblər. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməli olub.

ANS PRESS-in "Reuters"ə istinadən verilən məlumata görə, İstanbul şəhər rəhbərliyi öncədən paradın keçirilməsinə icazə verməyib. Qadağaya baxmayaraq aksiya iştirakçıları İstanbulun mərkəzində toplaşıb. Hüquq mühafizə orqanlarının 19-dan çox LGBT tərəfdarını həbs etdiyi bildirilib. Həbs edilənlər arasında Almaniya parlamentinin üzvü və 2 Almaniya vətəndaşının olduğu da deyilib.

Bundestaq üzvünün sözlərinə görə, aksiyaçılar heç bir qanun pozuntusuna yol verməyiblər. Həbs edilənlərinin bəziləri artıq buraxılıb.

Şəhər rəhbərliyi ötən həftə təhlükəsizlik tədbirlərini gücləndirdiyi üçün paradın keçirilməsinə razı olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru