Ankaradan rəsmi təkzib: Ərdoğanın məktubu sözbəsöz açıqlandı
27-06-2016, 20:29
Türkiyə Cumhurbaşkanlığı Sözcüsü Kalın prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putindən üzr istəməsi haqda yayılan xəbərləri təkzib etdi.
Dövlət rəsmisi açıqlamasında qeyd edib ki, prezident Ərdoğanın Putinə göndərdiyi məktubda “rus hərbi təyyarəsinin düşürülməsindən dərin üzüntü duyduğumu bildirərək, həyatını itirən rus pilotun ailəsinə bir daha acılarını paylaştığımı və başsağlığı təziyəsini çatdırmaq istəyirəm. Qüsura baxmasınlar, deyirəm” ifadələrindən istifadə edib.
Məktubda həmçinin, Rusiya ilə əlaqələrin inkişafında maraqlı olduqlarını bildirilir.
Türkiyə Cumhurbaşkanlığı Sözcüsü Kalın prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putindən üzr istəməsi haqda yayılan xəbərləri təkzib etdi. Dövlət rəsmisi açıqlamasında qeyd edib ki, prezident Ərdoğanın Putinə göndərdiyi məktubda “rus hərbi təyyarəsinin düşürülməsindən dərin üzüntü duyduğumu bildirərək, həyatını itirən rus pilotun ailəsinə bir daha acılarını paylaştığımı və başsağlığı təziyəsini çatdırmaq istəyirəm. Qüsura baxmasınlar, deyirəm” […]
Bu da Kremlin rəsmi saytında yer alan mətn:
Məktubda Ərdoğan Rusiyanı Türkiyənin dostu və strateji tərəfdaşı adlandırıb: "Bizim heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyətimiz olmayıb. Biz öz üzərimizə böyük risk götürərək və ciddi səy göstərərək rusiyalı pilotun cəsədini Suriya ərazisindən çıxardıq və onu Türkiyəyə gətirdik. Mən bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verirəm və üzr istəyirəm. Onların acısını bölüşürəm. Rusiyalı pilotun ailəsini türk ailəsi kimi qəbul edirəm. Ailənin acısını yüngülləşdirmək üçün istənilən təşəbbüsə hazırıq".
Məktubda həmçinin bildirilir ki, Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olunması üçün əlindən gələni etməyə hazırdır.
Türkiyə regiondakı böhran vəziyyətlərinə qarşı və terrorla mübarizədə Rusiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
teref.az