Türkiyə Rusiyaya təzminat ödəyəcək? - "Bu gün- sabah Putin ilə Ərdoğan arasında telefon danışığı baş tutacaq"

28-06-2016, 11:01           
Türkiyə Rusiyaya təzminat ödəyəcək? - "Bu gün- sabah Putin ilə Ərdoğan arasında telefon danışığı baş tutacaq"
Türkiyə Rusiyaya vurulan "Su-24" təyyarəsinə görə təzminat ödəyə bilər. ANS PRESS-in məlumatına görə, bunu TRT telekanalının "TRT haber" proqramında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

"Proses faktiki olaraq başlayıb. Bu gün, sabah, bəlkə də, çərşənbə, bəlkə də cümə Putin ilə prezident Ərdoğan arasında telefon danışığı baş tutacaq. 6 ayda baş verənlər baş verməmiş kimi qəbul edib, harada qalmışdıq elə oradan yola davam edəcəyik".

Baş nazir deyib ki, Türkiyə tərəfi ötən gün Rusiyaya göndərilən məktubda təssüfünü ifadə edib. "Gərək olarsa təzminat verəcəyimizi, münasibətlərin normala dönməsini arzu etdiyimizi ifadə edirik. Bu tək tərəfli yox, qaraşılıqlı iradədir".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 27-də Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayaraq vurulan "Su-24" təyyarəsinə görə üzrxahlıq edib və Moskva ilə Ankaranın strateji tərəfdaş olduğunu bildirib.

"Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüflənirəm. Həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərini paylaşdığımı, başsağlığı vermək istədiyimi bildirmək istəyirəm, inciməsinlər", - deyə məktubda bildirilir.

Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyumuşdu. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranmışdı. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış etmişdilər.

İnsidentdən sonra Rusiya Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tədbiq edib, təktərəfli viza sistemini bərpa edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.