Almanlar Ərdoğanı məhkəməyə verdilər — Kürdlərə görə

28-06-2016, 16:27           

Bir neçə alman siyasətçi və hüquq müdafiəçisi Rəcəb Tayyib Ərdoğanı və digər yüksək rütbəli məmurarı hərbi cinayətkarlıqda ittiham ediblər.

Ölkə.Az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, iddia kürdlərin və Türkiyə Böyük Millət Məclisində olan bir kürd deputatın maraqlarını qoruyan hamburqlu vəkillər tərəfindən qaldırılıb.

Vəkillərin hazırladığı 200 səhifəlik sənəd dünən Berlində Ali Məhkəmə nəzdindəki Baş Prokurorluğa təqdim edilib.

Sənəddə bildirilir ki, türk ordusunun əsasən kürdlərin yerləşdiyi ərazilərdə, xüsusən Cizrə şəhərində apardığı əməliyyatlar nəticəsində xeyli sayda dinc vətəndaş öldürülüb.

Bir konkret insident zamanı zirzəmilərdə gizlənmiş 178 kürdün qəsdən benzin tökülərək canlı-canlı yandırıldığı iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru