Türkiyə mediasına terrorla bağlı qadağa –Bütün materiallar əvvəlcə rəsmi qurumlara təqdim ediləcək

29-06-2016, 10:26           

Türkiyə Televiziya və Radio Yayımı Şurası İstanbulun “Atatürk” hava limanındakı terror hadisəsi ilə bağlı təfərrüatların işıqlandırılmasına müvəqqəti qadağa qoyub.

Strateq.az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Qadağanın çaxnaşma və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədi ilə qoyulduğu bildirilir.

Məlumatda qeyd olunur ki, terror aktları ilə əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün partlayışların baş vermə məqamını, partlayışlardan sonrakı səhnəni əks etdirən kadrlar və dövlət qurumları işçilərinin işini əks etdirən bütün materiallar müvafiq rəsmi qurumlara təqdim edilməlidir.

Son məlumata görə, terror hücumları nəticəsində 28 nəfər ölüb, azı 60 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru