Putinlə Ərdoğan Çində görüşəcək

29-06-2016, 18:34           
Putinlə Ərdoğan Çində görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabrında Çində keçiriləcək G20 sammiti çərçivəsində şəxsən görüşəcəklər.

Virtualaz.org bildirir ki, məlumatı NTV kanalı ölkə rəhbərliyindəki mənbəyə istinadən yayıb.

Məlumatda o da bildirilir ki, o vaxta qədər liderlər arasında yeni telefon əlaqələrinin olacağı istisna edilmir.

Məlumata Ərdoğanın mətbuat xidmətindən heç bir şərh verilməyib.

"Hələlik bizdə bu barədə rəsmi məlumat yoxdur, əgər elə bir plan olacaqsa, bu barədə rəsmən xəbər verəcəyik”, - deyə oradan bildiriblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə liderlər arasında görüşün yeri və vaxtı barədə suala cavabında deyib: “Görüşün vaxtı və yeri diplomatik kanallarla dəqiqləşdiriləcək”.

Xatırladaq ki, bu gün Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Türkiyə tərəfi prezidentlərin görüşü barədə razılığa gəlindiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru