İstanbul terrorunda polislərin "WhatsApp" yazışması üzə çıxdı — FOTO + VİDEO

30-06-2016, 13:16           

Terror aktından öncə şübhəlilərlə bağlı polislərin "WhatsApp" yazışması yayılıb.

Ölkə.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu yazışma hadisədən 5 dəqiqə öncə olub. Yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu, yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına naməlum şəxslərin oğruya bənzədiklərini deyib və onları izləməyi tapşırıb.

Polis ondan sənədlərini tələb edən kimi kamikadze atəş açmağa başlayıb.

İlk vurulan da şübhəlini görən polis olub. Polisi yaralayan terrorçu xarici xətlər terminalının qarşısına qaçır və özünü partladır. Həyat yoldaşı ilk övladlarına 6 aylıq hamilə olan polisin ayıq-sayıqlığı onlarla insanı ölümdən xilas edir. Lakin o özü hazırda ölüm-qalım savaşı verir.

Bundan sonra digər kamikadzelər də avtomatdan atəş açmağa başlayıblar. Hücumculardan biri polis tərəfindən yaralanıb. Onun yanına gələn polis kamikadzenin üzərində bomba olduğunu görüb. Lakin bombaya ziyan vurmamaq üçün hadisə yerindən uzaqlaşıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.